«Qarabağ»ın qələbə qolu (VİDEO)

Azərbaycan çempionu «Qarabağ» Avstriya toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu Rusiya «Zenit»ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Qurban Qurbanovun komandası daha önvə İnsbruk «Vakker»i ilə qarşılaşmış və 0:1 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
28 iyun

«Qarabağ» — «Zenit» — 1:0 (0:0)
Qol: R.Əmirquliyev, 81.

“Qarabağ”: 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 10. Muarem Muarem, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 99. Dani Kintana, 8. Migel Madera, 9. Reynaldo Silva.
Ehtiyat oyunçular: 63 Şahruddin Məhəmmədəliyev, 94. Halit Çıtırlı, 25. Ansi Aqolli, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 22. Əfran İsmayılov, 77. Cavid Tağıyev, 32. Elvin Yunuszadə, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 67. Əl Hərbi Əl Jadeouyi, 91. Coşqun Diniyev.
“Zenit”: 41. Mixail Kerjakov, 4. Dominko Krisçito, 21. Xavi Qarsiya (k), 81. Yuri Jirkov, 70. Dmitri Boqaev, 26. Vukaşin Yovanoviç, 58. İlya Zuyev, 5. Aleksandr Ryazantsev, 27. Maksim Proniçev, 74. Sergey İvanov, 11. Aleksandr Kerjakov.
Ehtiyat oyunçular: 51. Maksim Rudakov, 13. Luis Neto, 90. Ramil Şeydayev, 40. Yuri Bavin,  68. Vyaçeslav Znkov, 76. Pavel Kiriyenko, 8. Joze Mourisio, 23. Yevgeni Çernov, 24. Ezekiel Qaray, 15. Pavel Moqlevets.

Oyun başladı.
13. Krisçito kobud oyuna görə sarı vərəqə ilə cəzalandırıldı.
24. «Zenit»in futbolçusunun cərimə meydançasını ötürməsini Şehiç zərərsizləşdirir.
36. Riçard Almeyda topu qapıdan keçirsə də, yan xətt hakimi oyundankənar vəziyyət qeydə alır.
42. Aleksandr Kerjakovun zərbəsi olduqca təhlükəli alınır, top qapıdan azacıq aralı keçir.
İlk hissə başa çatdı
46. «Qarabağ» ikinci hissəyə iki dəyişikliklə başlayır. Qara Qarayevlə Muarem Muaremin əvəzinə Mahir Mədətovla Rahid Əmirquliyev meydana daxil olur.
71. Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Dani Kintana, Riçard Almeyda, Reynaldo Silva, Migel Madera, Arif Daşdəmirov meydanı tərk edirlər, onların yerinə Elvin Yunuszadə, İlqar Qurbanov, Elgün Uluxanov, Əl Hərbi Əl Jadeoyi, Eltun Turabov, Coşqun Diniyev, Cavid Tağıyev, Əfran İsmayılov meydana daxil olur.
72. Rəqibin baş zərbəsini Şehiç möhtəşəm hərəkətlə dəf etdi.
81. Qooooll! Əks hücumda Rahid Əmirquliyev qapıçı ilə təkbətək qalaraq hesabı açır — 1:0.
84. «Zenit»in futbolçusu Pavel Moqlovetsin güclü zərbəsini Şehiç zərərsizləşdirir.
Qarşılaşma başa çatdı.

TAM OYUN

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *