«Qarabağ»ın pley-off oyunları canlı yayımlanmayacaq

CBC Sport telekanalı UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində İsveçin “Göteborq” klubu ilə “Qarabağ” komandası arasında keçiriləcək matçların yayımlanmayacağını bəyan edib.

Bunun səbəb kimi “Qarabağ” Futbol Klubuna 10 gün əvvəl edilən təklifə bu günə qədər qarşı tərəfdən heç bir cavabın gəlməməsi göstərilib.

Kanal “Qarabağ” FK-nın bu qərarına hörmət duyaraq, bütün tamaşaçılarından üzr istəyib və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Əlavə edilib ki, CBC Sport telekanalı yarandığı gündən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən bütün komandaların və idmançıların çıxışlarını təmənnasız işıqlandırmağa hər zaman hazırdır və bu işini gələcəkdə də davam etdirəcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *