“Qarabağ”ın oyununda ajiotaj gözlənilir

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Qöteborq” (İsveç) təkrar oyunu üçün bu gün biletlər satışa çıxarılıb.

Qol.az-ın xəbərinə görə, biletlər oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, bu gün oyuna 3000-dək bilet satılıb.

“Həm çoxsaylı zənglərdən, həm də sosial şəbəkələrdəki müzakirələrdən belə görünür ki, oyuna böyük maraq var və təkrar matçda da stadionda ajiotaj olacaq. Azarkeşlərimiz komandamıza inanırlar. Biletin qiymətində də dəyişilik yoxdur. Tribunaların 3/4 hissəsində bir biletin qiyməti 1-2 manat təşkil edir”.

N.İbrahimov biletlərin “qara bazar”a çıxarılmasının qarşını almaq üçün də ciddi iş gördüklərini söyləyib.

Klub rəsmisi komandalarının mərhələ keçib qrupa düşmələrinin həm də azarkeşlərdən asılı oldiğunu söyləyib: “Biz əminik ki, bundan əvvəli oyunlarda olduğu kimi, azarkeşlərimiz bu dəfə də sevimli komandalarını yalnız buraxmayacaq və stadiona gələrək “Qarabağ”a dəstək olacaqlar”.

Qeyd edək ki, “Qarabağ” – “Qöteborq” oyunu avqustun 25-də, saat 20.30-da başlanacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *