“Qarabağ”ın kapitanının başına 6 tikiş qoyuldu

«Qarabağ»ın kapitanı Rəşad Sadıqovun başına tikiş atıblar.

Komanda.az xəbər verir ki, millinin də kapitanı olan futbolçu Azərbaycan Premyer Liqasının 21-ci turunda «Kəpəz»lə səfər oyunundan (2:1) sonra cərrah stoluna uzanmalı olub. Rəşad “Kəpəz”in futbolçusu Julien Ebahla təkbətək mübarizədə başından zədə almışdı və oyunu sarğı ilə davam etdirmək məcburiyyətində qalmışdı.

Bu zədəyə görə Sadıqovun başına altı tikiş qoyulub. Amma təcrübəli müdafiəçinin növbəti turun «Neftçi»ylə matçına çıxmasında problem olmayacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *