«Qarabağ»ın futbolçusu «Kəpəz»də

«Qarabağ»da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Sport7.az xəbər verir ki, ağdamlıların hücumameyilli yarımmüdafiəçisi Namiq Ələsgərov mövsümün sonuna qədər karyerasını başqa klubda davam etdirəcək.

Əldə etdiyimiz məlumata görə, Ələsgərov icarə əsasında «Kəpəz«ə yollanacaq. Ciddi zədədən qayıdan futbolçu uzun müddət idi ki, komandaya kömək edə bilmirdi.

Qeyd edək ki, buna qədər «Qarabağ» Raydell Puponla yollarını birdəfəlik ayırıb, Eltun Yaqublunu isə icarə əsasında «Sumqayıt«a göndərib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *