«Qarabağ»ın futbolçusu Hollandiya klubunda

Pupon «Roda»da

 

«Qarabağ»ın futbolçusu karyerasını Hollandiya çempionatında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin hollandiyalı hücumçusu Raydel Pupon «Roda»ya transfer olunub.  Bu barədə klubun rəsmi saytında məlumat verilib. 28 yaşlı forvard mövsümün sonunadək icarə əsasında Erediviziya komandasının şərəfini qoruyacaq.

 

«Roda»nın idman direktoru Ton Kaaanen bu transfer haqda fikirlərini bildirib. 49 yaşlı mütəxəssis Puponun güclü hücumçu olduğunu bildirib: «Pupon Eredivizyanı yaxından tanıyan futbolçudur. O, güclü hücumçu olduğunu sübut edib. Pupon kimi forvarda ehtiyacımız var. Bu transferdən çox məmnunam»

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *