«Qarabağ»ın Çempionlar Liqasında potensial rəqibləri

Siyahıda kimlər var?
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək  «Qarabağ»ın  turnirdəki bir çox potensial rəqibi artıq məlumdur. Təmsilçimiz ÇL-də mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Ağdam klubu püşkatma zamanı «səpələnmişlər» səbətində yer alacaq. «Qarabağ»ın rəqibi isə «səpələnməmişlər» səbətindəki nisbətən zəif komandalardan biri olacaq.
Sportal.az xəbər verir ki, «Qarabağ»ın isə hələlik məlum olan potensial rəqibləri bunlardır:  «Olimpiya» (Sloveniya), «Vardar» (Makedoniya), «Norçöpinq» (İsveç), «Ferentsfaroş» (Macarıstan), «Kruzeyders» (Şimali İrlandiya), «Zrinski» (Bosniya və Herseqovina), «Dandolk» (İrlandiya), «Mladost» (Çernoqoriya), «Helsinki» (Finlandiya), «Liepaya» (Latviya), «Trençin» (Slovakiya), «Jalgiris» (Litva), «Skenderbeu» (Albaniya)
I təsnifat mərhələsinin qalibləri də «Qarabağ»ın potensial rəqibi ola bilər. İlkin mərhələdə mübarizə aparacaq kollektivlər isə bunlardır: B-36 (Farer adaları), «Valletta» (Malta), «Linkoln» (Cəbəllütariq), «Nyu Seynts» (Uels), «Santa Koloma» (Andorra), «Flora» (Estoniya). Bu mərhələdə San-Marino və Ermənistan çempionları da mübarizə aparacaq.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Matçlar isə iyulun 12-13-də və 19-20-də keçiriləcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər