“Qarabağ”ın canlı əfsanəsinin ad günüdür (FOTO)

Bu gün “Qarabağ” klubunun canlı əfsanəsi Müşfiq Hüseynovun ad günüdür.

Qol.Az-ın xəbərinə görə, o, 46-cı doğum gününü qeyd edir.

M.Hüseynov 1970-ci ildə Ağdam rayonunda anadan olub.

Peşəkar futbolçu karyerasına 1989-cu ildə “Qarabağ”da başlayıb və karyerasını da 2007-ci ildə doğma komandasında başa vurub. M.Hüseynov qəlbən bağlı olduğu “Qarabağ”da fəaliyyətini bu gün də davam etdirir. Bu dəfə baş məşqçinin köməkçisi kimi.

Ümumilikdə, 18 illik peşəkar futbolçu karyerası ərzində  M.Hüseynov “Qarabağ”dan başqa “Kəpəz”, “Neftçi”, “Peykan” (İran), “MKT Araz”da da oynayıb. Üç oyunda Azərbaycan milli komandasında çıxış edib.

“Qarabağ”da çıxış etdiyi ümumilikdə 302 oyunda 120 qol vurub, bu da klubun tarixində rekord göstəricidir. M.Hüseynov bütün futbolçu karyerası ərzində isə 381 oyunda 141 dəfə fərqlənib.

Qol.Az saytının kollektivi M.Hüseynovu təbrik edir, ona işlərində yeni uğurlar və möhkəm cansağlığı arzulayır!

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *