«Qarabağ»dan mövsümün rekordu

Azərbaycan Premyer Liqada III dövrə başa çatıb.

2016-cı ilin arxada qalan hissəsinə təsadüf edən 9 turda “Qarabağ” hamıdan üstün olub.

22 xal toplayan Ağdam təmsilçisi dövrənin qalibidir. Qurban Qurbanovun komandası 18 xal topladığı II dövrədə də hamını arxada qoyub.

Mövsümün ilk 9 turunun ən yaxşısı isə “Qarabağ”ı top fərqində üstələyən “Qəbələ” idi – 20 xal. İkinci dəfə dövrənin ən yaxşısı olan «Qarabağ» 22 xal toplamaqla 9 tur üçün mövsümün rekord göstəricisinə imza atıb.

Əyalət klubu dövrədə hamıdan çox qol vurub və ən az top buraxıb. “Zirə” dövrəni heç-heçəsiz, “Rəvan”la “Xəzər Lənkəran” qələbəsiz bitirib.

Поз.KlubOQHHMBQVQTFXal
127186347173060
227148533221150
327129635231245
42712872618844
52711883223941

PFL

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər