Qarabağdan Çumbinyo ilə bağlı rəsmi açıqlama

Antalyada təlim-məşq toplanışında olan «Qarabağ»da daha bir dəyişiklik olub. Azerisport.az xəbər verir ki, 2013-cü ilin yayından Ağdam klubunun sıralarında olan Çumbinyo ilə qarşılıqlı şəkildə yollar ayrılıb.

Braziliyalı yarımmüdafiəçi 2,5 mövsüm «Qarabağ»ın uğurları üçün tər töküb. Bu komandanın heyətində 2 dəfə ölkə çempionu olub, 1 dəfə kuboka sahib çıxıb.

«Qarabağ» Çumbinyoya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. (klub saytı)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *