«Qarabağ»da oynamaq fürsətini əldən verə bilməzdim»

«Bu, mənim karyeramda yeni səhifədi. Seçimimdən tam razıyam. Türkiyədə də oynaya bilərdim. Amma «Qarabağ»ı seçdim. Çünki bu klubla yenidən Avropa Liqasında oynamaq şansı qazanacağam».

Qol.az-ın SundayWorld.co.za saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın yeni transferi Dino Ndlovu deyib.

Afrikalı hücumçu Ağdam klubu haqda xoş sözlər söyləyib:»Qarabağ» güclü və möhtəşəm klubdur. Əla infrastrukturu var. Məncə, belə şəraiti əksər klublar sadəcə, arzu edə bilər. «Qarabağ»da oynamaq fürsətini əldən verə bilməzdim.  «Qarabağ» yaxşı layihələrinin olduğunu gördüm. Buna görə də özümü bu komandada sınamaq istədim. Onlar da bu layihələrdə mənim xidmətimdən yararlanmaq istəyirlər”.

Dino Ndlovu  Azərbaycanda oynayacaq ilk cənubi afrikalı futbolçudur. 26 yaşlı hücumçu bu barədə də danışıb: «Bəli, mən özümü burada sübut etməliyəm. Cənubi Afrika Respublikasında istedadlı futbolçuların olduğunu göstərməliyəm. Biz peşəkarıq».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *