«Qarabağ»da ehtiyatda qalmaqdan narazı idim»

Qış fasiləsində «Qarabağ»dan ayrılaraq «Teplitsa» (Çexiya) klubuna transfer olunan makedoniyalı müdafiəçi Vladimir Dmitrovski Çexiya mətbuatına müsahibə verib.

Qol.Az-ın xəbərinə görə, o, müsahibədə «Qarabağ»da ehtiyatda qalmasından narazılıq ifadə edib.

 
— «Teplitse»yə keçidin necə baş tutdu?

— Son üç ay yarım müddətində «Qarabağ»da oldum. Hansı ki, ehtiyatda qalmağımdan narazı idim. Ona görə də «Teplitsa»dan təklif alanda, bunun mənim üçün yaxşı seçim olub-olmayacağını düşünmədim. «Qarabağ»la qarşılıqlı razılığa gəldim və tezliklə Çexiya klubuna keçdim.

— «Qarabağ»a transfer olunduqda Azərbaycan Premyer Liqasında artıq mövsümə start verilmişdi…

— Mən «Qarabağ»a sentyabrın 3-də transfer olundum. Həmin vaxtda oynamağa hazır idim. Ancaq komandada 12 legioner futbolçu çıxış edirdi. Lakin onlardan yalnız 6-sı oynaya bilərdi. Bu səbəbdən də baş məşqçi qarışıq heyəti meydana buraxırdı.

— «Teplitsa»ya «Qarabağ»la müqayisədə burada daha çox oynaya bilmək perspektivi ilə gəldin?

— Əgər buna layiqəmsə, düşünürəm ki, «Qarabağ»la müqayisədə «Teplitsa»da daha çox oynayacam. İntensiv məşqlər edərək bu şansı əldə etməyə çalışacam. Ümid edirəm ki, baş məşqçi mənə oynamaq şansı verəcək və mən də öz növbəmdə komandanın turnir cədvəlində irəliləməsinə kömək edəcəm.

— Dediyin kimi olsa, yəqin yenidən Makedoniya yığmasına dəvət alacaqsan…

— Ötən il «Kerkira»nın heyətində əla mövsüm keçirdim. Ona görə də yığmaya dəvət alırdım. Lakin sonradan mütəmadi oynamadığım üçün millidən kənarda qaldım. Ümid edirəm ki, «Teplitsa»da daha çox oynamaqla yenidən yığmaya çağırılacam.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *