“Qarabağ”a müqavimət göstərə bilmədik”

“Qarabağ”la oyunun  ilk hissəsində yaxşı oynadıq. Ancaq sonradan səviyyə fərqi özünü göstərdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Macarıstanın “Dioşqyor” klubunun baş məşqçisi Sandor Eqervari  “Qarabağ” uduzduqları yoxlama oyunundan (0:4) sonra deyib.

O, “Qarabağ”ın layiqli qələbə  qazandığını bildirib: “İlk topu künc zərbəsindən buraxdıq. Bu, komandamı sarsıtdı. Son 15 dəqiqədə yaxşı təsir bağışladıq. Ancaq ümumilikdə rəqibə müqavimət göstərə bilmədik.  Fasilədən sonra “Qarabağ” çoxsaylı əvəzetmələr etdi ki, bu da onların səviyyəsini ortaya qoydu. Rəqibimiz böyükhesablı qələbəyə layiq idi”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *