“Qarabağ”a kapitan və “sambaçı”dan şad xəbər

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov ölkə çempionatının XXII turunda “Neftçi”yə qarşı oynaya biləcək. Klubdan apasport.az saytına verilən məlumata görə, tibbi müayinədən keçən 34 yaşlı müdafiəçinin sabiq komandası ilə görüşdə iştirak edəcəyi dəqiqləşib.

 

“Kəpəz”lə matçda rəqib futbolçu Julien Ebahla mübarizədə başından zədə alan, buna baxmayaraq, oyunu sarğı ilə sona qədər davam etdirən Sadıqovun durumu yaxşıdı. Dünən Gəncədəki görüşdə meydanda olan digər futbolçular kimi, Rəşada da bu gün istirahət verilib. Sabahdan isə təcrübəli futbolçu komandası ilə birgə məşqlərə qatılacaq.

 

“Qarabağ” digər futbolçusu Reynaldo Silvadan da şad xəbər alıb. Uzun müddətdi zədəsini sağaltmaqla məşğul olan braziliyalının geri dönüşü təxmin olunan vaxtdan tez baş tutacaq. Belə ki, “sambaçı”nın həkim tapşırıqlarına vaxtında əməl etməsi onun zədəsini daha tez sağaldacağını deməyə əsas verir.

 

Reynaldonun ən geci 1 ay ərzində yaşıl meydanlara dönəcəyi bildirilir.

 

Qeyd edək ki, son 2 mövsümün çempionu “Qarabağ” cari mövsümdə 21 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *