«Qarabağ» «Zirə»yə qarşı

Bu gün Azərbaycan Premyer Liqada 17-ci tura start veriləcək.

Qol.az-ın xəbərinə görə, ilk oyun gününə iki görüş nəzərdə tutulub.

“Qəbələ” öz meydanında AZAL-ı qəbul edəcək. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk cəzalı durumda olduğundan bu görüşü tribunadan izləyəcək. Komandanı meydana Qriqorçukun köməkçisi Sənan Qurbanov çıxaracaq

Günün digər qarşılaşmasında isə lider “Qarabağ” mövsümün ikinci yarısına yaxşı başlayan “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

8 fevral (çərşənbə)

Azərbaycan Premyer Liqası, XVII tur

15:00. «Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu

17:30. «Qarabağ” – «Zirə”
«Azərsun Arena”

9 fevral (cümə axşamı)

15:00.“Sumqayıt” – “Kəpəz”
“Kapital Bank Arena”

17:30. “İnter” – “Neftçi”
“İnter Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 16 11 3 2 29-7 36
2 Qəbələ 16 10 5 1 32-8 35
3 İnter 16 7 8 1 27-15 29
4 Zirə 16 6 3 7 14-16 21
5 Sumqayıt 16 4 7 5 16-21 19
6 Kəpəz 16 3 6 7 11-18 15
7 Neftçi 16 3 1 12 10-32 10
8 AZAL 16 1 5 10 8-29 8

Bombardirlər: Baqali Dabo («Qəbələ») — 7 qol, Filip Ozobiç («Qəbələ») — 7 qol

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər