“Qarabağ” “Yuventus”a çatdı

Milli çempionatlarda davam etməkdə olan ən uzun qələbə seriyaları açıqlanıb. Dünyanın 10 ən uzun seriyasına malik klubu sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.

Azərbaycan Premyer Liqasındakı son 8 matçda qalib gələn Qurban Qurbanovun yetirmələri İtaliyanın “Yuventus” klubu ilə eyni göstəriciyə malikdi. Turninlilərə çatıb, 9-cu yerə şərik çıxan ağdamlılar yalnız 8 komandadan geri qalır.

Qeyd edək ki, cədvələ 14 turdu xal itirməyən Çexiya “Viktoriya”sı başçılıq edir.

apasport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *