«Qarabağ» — «Viktoriya»: Mətbuat konfranslarının vaxtı məlumdur

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq «Qarabağ» — «Viktoriya Plzen» (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, avqustun 1-də «Azərsun Arena»nın mətbuat zalında «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Ağdam təmsilçisinin son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubuun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 
«Viktoriya Plzen»in baş məşqçisi isə avqustun 1-i saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Çexiya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

QEYD: Saat 19:00-da klub tərəfindən ayrılmış avtobus media mənsublarını «Azərsun Arena»dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *