Qarabağ və Qəbələnin oyunçuları cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

«Kəpəz” — “Qəbələ” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 17-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Tural Məmmərzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

AZAL — “Qarabağ” matçının 82-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Elçin Rəhimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *