«Qarabağ» və «Qəbələ» UEFA-da nə qədər qazandılar ?

Ölkəmizi Avropa Liqasında təmsil edən «Qarabağ»la «Qəbələ» pley-off mərhələsində rəqiblərini mübarizədən kənarlaşdırmaqla qruplara qaldılar.

İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, komandalarımızın bu uğuru onları büdcəsini də xeyli artırıb. UEFA hər iki komandamıza qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,4 milyon avro mükafat verəcək. Bundan başqa 4 mərhələni uğurla adlayan «qırmızı-qaralar» 860 min avro əlavə gəlir əldə edəcək. «Qarabağ»da isə bu məbləğ 660 min avrodur.

«Qəbələ»nin buna qədərki mükafatı 5 milyon 989 min 924 manatdı. «Qarabağ»da isə bu rəqəm 5 milyon 622 min 444 manatdı. Ümumilikdə isə klublarımız 11 milyon 612 min 368 manat qazanc əldə edib.

Qeyd edək ki, qruplarda hər qələbəyə görə 360 min avro mükafat veriləcək. Heç-heçənin mükafatı isə 120 min avrodudur. Klublarımız qrupu ilk pillədə bitirsə yarım milyon, ikinci başa vursa, 250 min avro mükafat qazanacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *