“Qarabağ” və “Neftçi” finalının yeri müəyyənləşdi

“Qarabağ” və “Neftçi” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Kubokunun final görüşünün yeri müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 25 mayda keçiriləcək görüşdə nominal meydan sahibi “Qarabağ” olacaq. Final görüşünün başlama vaxtı ilə bağlı məlumat veriləcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *