«Qarabağ» üçün şotlandiyalı

«Qarabağ»ın Çempionlar Liqasının II təsnifat mərhələsində «F91 Düdelanj»la keçirəcəyi cavab matçının hakimləri məlum olub. Apasport.az «ağ-qaralar»ın saytına istinadən xəbər verir ki, Lüksemburqun «Jos Nosbaum» stadionunda üz-üzə gələcək rəqiblərin cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq.

 

Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun dördüncü hakimi Robertson Donald olacaq.
Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.

 

Qeyd edək ki, «F91 Düdelanj» — «Qarabağ» matçı iyulun 20-si Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *