«Qarabağ» türk futbolçu transfer edir?

Premyer Liqada yaranmış fasilədən istifadə edərək Türkiyədə təlim-məşq toplantısında olan «Qarabağ»ın düşərgəsinə yeni futbolçu qoşulub.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, bu, türkiyəli futbolçu Şükrü Anıl Tökdemirdi.
1996-cı il təvəllüdlü futbolçu hazırda Ağdam klubunun Antalya toplanışına qatılıb. Onun «Qarabağ»da qalıb-qalmayacağına komandanın baş məşqçisi Qurban Qurbanov qərar verəcək.
Qeyd edək ki, Şükrü Anıl Tökdemir hazırda Türkiyə həvəskarlar liqasında mübarizə aparan «Batman Petrolspor»da çıxış edir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *