«Qarabağ» — «Termalika» (CANLI)

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün  yoxlama oyununa çıxır. Ağdamlılar  Polşa təmsilçisi ilə üz-üzə gəlir.

Günün ikinci sınaqçısı Polşanın “Termalika” klubu olacaq. Polşa Ekstraklasasında mübarizə aparan “fillər” 2015/16 mövsümünü 13-cü sırada bitirsə də, cari çempionatda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Görüşün başlama fiti saat 18:30-da səslənəcək.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl keçirdiyi iki yoxlama matçında Albaniya təmsilçisi “Şkenderbeu”nu 1:0, Rumıniyanın adlı-sanlı “Styaua” klubunu isə 2:0 hesabı ilə məğlub edib.

CANLI

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *