“Qarabağ” təyyarə ilə, Rahid Əmirquliyev velosipedlə

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Qarabağ” matçın hazırlığını davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, “köhlən atlar” matçöncəsi son məşqlərini də Bakıda keçirəcəklər.

 

Belə ki, “Qarabağ” cənub bölgəsinə oyun günü getməyi qərara alıb. Komanda Lənkərana bazar günü səhər saatlarında təyyarə ilə yollanacaq.

 

Azərbaycan yığmasının üzvü Rahid Əmirquliyevdən başqa, bütün futbolçular baş məşqçi Qurban Qurbanovun ixtiyarındadı. Zədədən əziyyət çəkən Rahid xüsusi proqram əsasında velosiped məşqi ilə kifayətlənir. Təcrübəli futbolçu aprelin 22-də növbəti dəfə həkim müayinəsindən keçəcək. Məhz bundan sonra Rahidin vəziyyətində irəliləyişin olub-olmadığı, nə vaxt sıraya dönəcəyi məlum olacaq.

 

Qeyd edək ki, aprelin 3-də keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” görüşü saat 16:00-da start götürəcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *