«Qarabağ» «Sumqayıt» səfərində

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək. Ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Mövsümə qələbə ilə başlayan «Sumqayıt» doğma azarkeşləri önündə «Qarabağ»ı qəbul edəcək. Ağdam klubu ilk turda «İnter»ə məğlub olduğundan «kimyaçılar»la oyunda onları yalnız qələbə qane edəcək.

Ancaq bu, son çempiona elə də asan başa gəlməyəcək. Hər halda ilk turda «Zirə»ni məğlub edən Samir Abasovun komandası meydana xal və ya xallar üçün çıxdıqlarını sübut etməyə çalışacaq.

Azərbaycan Premyer Liqası
II tur,
11 avqust

19:00. «Sumqayıt» — «Qarabağ»

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Şaiq Həmidov

«Kapital Bank Arena»

Sport7.az

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər