“Qarabağ” sabah gedir

Avropa Liqasının pley-off mərhələsində “Qöteborq”un qonağı olacaq “Qarabağ” sabah İsveçə yola düşəcək.

Klubdan Qol.az-a verilən məlumata görə, Ağdam təmsilçisi sabah saat 18:00-da çarter reysi ilə Höteborq şəhərinə yollanacaq.

Xatırladaq ki, avqustun 18-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *