“Qarabağ” Reynaldonu neçəyə satıb?

Braziliyalı futbolçusu Reynaldonu “Adanaspor”a satan “Qarabağ”ın bu keçiddən nə qədər qazandığı bəlli olub. Apasport.az saytının “transfermarkt” portalına istinadən məlumatına görə, ağdamlılar braziliyalının müqabilində 500 min avro qazanıblar.

 

Portalda oyunçunun real qiyməti 1.2 milyon avro miqdarında dəyərləndirilsə də, Azərbaycan çempionu bu məbləğin yarısından da azında qane olub.

 

Qeyd edək ki, Reynaldo ötən gün “Adanaspor”la 2.5 illik müqavilə imzalayıb. Türkiyə mətbuatı onun yeni komandasında 455 min avro qazanacağını yazıb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *