«Qarabağ» rəsmisi Avropa Liqasının «pley-off» mərhələsinin püşkünü dəyərləndirib

«Rəqib barədə tam məlumatlı deyilik. Bu səbəbdən, «Göteborq»un nə dərəcədə münasib komanda olduğunu indidən demək düzgün çıxmaz».
Bunu «Report»a açıqlamasında «Qarabağ» futbol klubunun direktoru Əmrah Çelikel Avropa Liqasının «pley-off» mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
O bildirib ki, baş məşqçi Qurban Qurbanov hazırlıq və uğurlu çıxış üçün lazımi tədbirləri görəcək, klub rəhbərliyi isə onun addımlarını dəstəkləyəcək.
Qeyd edək ki, «Qarabağ» Avropa Liqasında 2013-2014 mövsümündə İsveçin digər təmsilçisi «Gefle» ilə üz-üzə gəlib. III təsnifat mərhələsinə təsadüf etmiş hər iki qarşılaşmada Ağdam təmsilçisi qalib gəlib — 1:0, 2:0.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *