«Qarabağ» növbəti mərhələyə belə adladı — GENİŞ İCMAL

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, Azərbaycan çempionu «Qarabağ» bu gün növbəti matçına çıxıb.

Ağdam təmsilçisi Lüksemburqda «Düdelanj»lın qonağı olub. Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn «Qarabağ» cavab qarşılaşmasında heç-heçə edib — 1:1.

Bu nəticə ilə Ağdam klubu növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, «Qarabağ» III təsnifat mərhələsində Çexiyanın «Viktoriya» klubu ilə qarşılaşacaq.

20 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. «Düdelanj» (Lüksemburq) — «Qarabağ» (Azərbaycan) — 1:1

Qollar: Ndaye, 72 (1:0), Reynaldo, 90+4 (1:1)
Reallaşdırılmayan penalti: Turpel, 37 («Düdelanj») — qapıçı
İlk oyun — 0:2
Baş hakim: Kevin Klansi
Köməkçi hakimlər: Stevenson Styuart və Karr Sin
Dördüncü hakim: Robertson Donald (hamısı Şotlandiya)
«Jos Nosbaum» stadionu.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *