“Qarabağ” “Neftçi”yə qarşı

Azərbaycan Premyer Liqada 22-ci turun oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün daha bir oyun keçiriləcək.

Çempionatın lideri “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edəcək.

Turun mərkəzi qarşılaşması maraqla gözlənilir. Son vaxtlar elə də uğurlu çıxış etməyən “Neftçi” bu mövsüm  Ağdam təsmsilçisinə uduzmayıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) “ağ-qaralar” öz meydanında 1:0 hesablı qələbə qazanıb.

“Azərsun Arena”da keçiriləcək oyun saat 17:30-da başlayacaq.
20 fevral (şənbə)

17:30. «Qarabağ» — «Neftçi»
Hakimlər
: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
“Azərsun Arena”

Qeyd edək ki, «Qarabağ» — «Neftçi» matçı fcgarabagh.com saytı vasitəsiylə canlı yayımlanacaq.

Daha ətraflı: «Qarabağ» — «Neftçi» (CANLI)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *