«Qarabağ» Lüksemburqda məşqə çıxdı (FOTO)

«Qarabağ» Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi «Düdelanj»la cavab oyunu öncəsi son məşqinə çıxıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın son məşqi yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayıb. Son hazırlıqlar görüşün keçiriləcəyi «Jos Nosbaum» stadionunda olub.

Qeyd edək ki, «Düdelanj» — «Qarabağ» oyunu sabah saat 20:00-da başlayacaq və klubun «Youtube» kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *