«Qarabağ» «Kəpəz»in rekordunu qıra biləcək?

AZAL- matçda
20 may Azərbaycan Premyer Liqasının sonuncu turunun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, Premyer Liqanın sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirən «Qarabağ” doğma azarkeşləri önündə AZAL-ı qəbul edəcək.
Ağdam təmsilçisi AZAL üzərində qələbə qazanacağı təqdirdə Azərbaycan Premyer Liqasında ilki rəsmiləşdirəcək. Belə ki, «təyyarəçilər” üzərində qazanılacaq qələbə «Qarabağ”ın ən yaxın izləyicisi ilə xal fərqinin 19-da qalmasına səbəb ola bilər. Əgər «Zirə” «İnter”lə səfər matçında xal itirsə, bu fərq daha da artacaq.
Azərbaycan çempionatında buna qədər 19 xallıq fərqlə çempion olan komanda olmayıb. Bunadək «Kəpəz” 1998-ci ildə 16 xallıq fərqlə çempion olmağı bacarıb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər