“Qarabağ” İsveçdə coşqu ilə qarşılandı (VIDEO-FOTO)

Avropa Liqasının pley-off mərhələsində “Qöteborq”la qarşılaşma üçün səfərə yollanan “Qarabağ” artıq İsveçdədir
Newsport.az-ın məlumatına görə, İsveçdə yaşayan həmyerlilərimiz komanda üzvlərini görməyə bayraqlarla gəliblər. Onlar futbolçulardan avtoqraf alıb, müxtəlif şüarlar səsləndiriblər.
Qeyd edək ki,  “Qöteborq” — «Qarabağ» matçı avqustun 18-də keçiriləcək. Cavab görüşü bundan bir həftə sonra Bakıda olacaq.

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *