Qarabağ İsveç, Qəbələ Sloveniya klubuna qarşı

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri — «Qarabağ»la «Qəbələ» də pley-offda ilk matçına çıxır.

Azərbaycan çempionu “Qarabağ” son mövsümlərdə olduğu kimi, Çempionlar Liqasındakı mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalıb. Qurban Qurbanovun komandası yenə pley-offda uğur qazanıb, ardıcıl üçüncü dəfə bu turnirin qrup mərhələsində oynamaq istəyir. Bu yolda İsveç «Qöteborq»unu mübarizədən kənarlaşdırmalı olan Ağdam klubu ilk matçını səfərdə keçirir.

«Qəbələ» isə ötən mövsüm əldə etdiyi uğuru təkrarlamağa çox yaxındır. Bu mövsüm də mübarizəyə ilk təsnifat mərhələsindən başlayan Roman Qriqorçukun komandası Sloveniya «Maribor»unu da mübarizədən kənarlaşdırıb, ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamağa yaxındır. Bu rəqiblə ilk oyunu Bakıda keçirəcək təmsilçimiz səfər matçı öncəsi sərfəli nəticə qazanmağa borcludur.

Avropa Liqası
Pley-offun ilk oyunları

18 avqust

21:00. “Qöteborq” (İsveç) — “Qarabağ”
Hakimlər: Pavel Raçkovski, Radoslav Sneyka, Mihal Obukoviç, Tomaş Kvyatkovski (hamısı Polşa).
Qöteborq. “Qamla Ullevi” stadionu.

21:00. “Qəbələ” – “Maribor” (Sloveniya)
Hakimlər: Aleksey Kulbakov, Vitali Malyutin, Oleq Maslyanko, Denis Şerbakov (hamısı Belarus).
Bakı. “Dalğa Arena”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *