«Qarabağ» – «İnter» oyununun məkanı dəyişdirildi

Azərbaycan Premyer Liqanın 2016/2017-ci illər mövsümünün I turunda keçiriləcək «Qarabağ» – «İnter» oyununun məkanı dəyişdirilib.

Qol.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma «İnter Arena»da oynanılacaq.

Buna səbəb «Qarabağ»ın ev oyunlarını keçirdiyi «Azərsun Arena»nın ot örtüyündə yeniləmə işlərinin aparılmasıdır. Avqustun 7-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə «Qəbələ» — «Kəpəz» görüşünün stadionunun yeri də dəyişdirilib. Oyun avqustun 8-də Qəbələ şəhər stadionunda deyil, Bakının Mərdəkan qəsəbəsindəki «Dalğa Arena»da keçiriləcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *