«Qarabağ» getdi

«Qarabağ» mövsümün ikinci yarısına hazırlıq məqsədilə bu gün Antalyaya yola düşüb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi yanvarın 24-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

Qurban Qurbanovun komandası Antalyada 4 yoxlama görüşü keçirəcək. Yanvarın 16-da «Traktor Sazi» (İran) ilə ilk oyununa çıxacaq Ağdam təmsilçisi 4 gün sonra «Diosqior»la (Macarıstan) qarşılaşacaq.

«Qarabağ» yanvarın 23-də isə iki oyun keçirəcək. Əvvəlcə, Avstriyanın «Admir Vaker» klubu ilə qarşılaşacaq son Azərbaycan çempionu daha sonra «Yaqelloniya» (Polşa) ilə üz-üzə gələcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *