“Qarabağ” futbolçusunu “Zirə”yə verdi

“Qarabağ” heyətində “təmizləmə işləri”ni sürətləndirib. Apasport.az saytının məlumatına görə, Vladimir Dmitrovskidən sonra daha bir oyunçu Ağdam klubundan ayrılıb.

 

Bu, gənc yarımmüdafiəçi Vüqar Mustafayevdi. Mövsümlərarası fasilədə “Simurq”dan transfer edilən 21 yaşlı futbolçu ikinci yarıdan etibarən “Zirə”nin şərəfini qoruyacaq. “Qarabağ” oyun praktikasından əziyyət çəkməməsi üçün orta sahə oyunçusunu mövsümün sonuna qədər “Zirə”yə icarəyə verib.

 

Həmçinin, Azər Salahlı və Eltun Yaqublunun da eyni səbəbdən icarəyə verilməsi gözlənilir. Yayda transfer edilən, lakin ümidləri doğrultmayan Əlhərbi Əl-Jadeyui və Raydell Puponun isə komandadan ayrılması gözlənilir.

 

Qeyd edək ki, Vüqar Mustafayev mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib, 1 qola imza atıb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *