«Qarabağ» futbol klubu haqqında film (VİDEO)

«Qarabağ» futbol klubu haqqında 52 dəqiqəlik film çəkilib.

Bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəllə keçirilən görüşdən sonra Qafqaz üzrə mütəxəssis, tanınmış jurnalist Tomas Qolts bildirib. O qeyd edib ki, film tək futbolu deyil, müharibə mövzusunu da əhatə edir.

T.Qolts bildirib ki, Qarabağın dünyaya Azərbaycan ərazisi kimi tanıdılması üçün keçirilən tədbirlərdən əlavə futbol klubunun öz uğurlu çıxışı da böyük rol oynayır. T.Qolts filmin təqdimatının Quzanlıda da keçiriləcəyini açıqlayıb: «Sabah təqdim olunacaq filmdə «Qarabağ»ın sonuncu dəfə «İmarət»də olduğu ildən indiyədək keçdiyi yol əks olunub».

Vurğulanıb ki, dünyada komandası olmayan minlərlə şəhər var, amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır. Bu baxımdan «Qarabağ» barədə çəkilən film xüsusi önəm kəsb edir.

fcgarabagh.com bu filmi sizə təqdim edir

 

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *