«Qarabağ» daha bir futbolçunu «Göteborq»la oyunlar üçün sifariş etdi

Ağdamın «Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçin «Goteborq” komandası ilə qarşılaşacaq.

Ağdam təmsilçisi sözügedən oyunlar üçün daha bir futbolçunun adını UEFA-dakı iştirak ərizəsinə daxil edib. Söhbət Kiprin «Anortosis” klubundan transfer olunan Dino Ndlovudan gedir.

Ağdam təmsilçisi ilə iki illik müqavilə imzalayan futbolçunun adı bu gün iştirak ərizəsində daxil edilib.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 18-də İsveçdə baş tutacaq.

Sportal.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *