«Qarabağ» Cumbinyo ilə müqaviləni ləğv etdi

“Qarabağ” braziliyalı futbolçusu Cumbinyo ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib.

Bu haqda Qol.Az-a klubdan məlumat verilib.

Bildirilib ki, klubun belə bir addım atmasına səbəb braziliyalı oyunçunun “Qarabağ”dan ayrılmaq istəməsi səbəb olub.

“Biz onunla əməkdaşlığı davam etdirmək istəyirdik, amma o, getmək qərarı verdi. Hazırda o, azad agent kimi istədiyi komandaya keçə bilər” – deyə klubdan bildirilib.

Qeyd edək ki, Cumbinyonun “Qarabağ”la müqaviləsi bu yay başa çatırdı.

Onun karyerasını Yunanıstan superliqasında, əvvəlki klubu “Atromitos”da davam etdirəcəyi bildirilir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *