«Qarabağ» çempion ola biləcəkmi?

Bu gün Azərbaycan Premyer Liqada 32-ci tura yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, son oyun günündə daha üç qarşılaşma keçiriləcək.

Günün ilk qarşılaşmasında «İnter» evdə «Sumqayıt»ı qəbul edəcək. Digər görüşdə «Qəbələ» «Neftçi» ilə münasibətlərinə aydınlıq gətirəcək.

Turun mərkəzi qarşılaşması paytaxtda baş tutacaq. Burada çempionluq uğrunda yarışan iki komanda — «Zirə» və «Qarabağ» üz-üzə gələcək. Turnir cədvəlində rəqibini 12 xal qabaqlayan lider «Qarabağ» bu görüşdə qələbə qazanacağı təqdirdə son 4 turun nəticəsindən asılı olmayaraq çempionluğunu rəsmiləşdirəcək.

 

1 may (bazar)

Azərbaycan Premyer Liqası, 32-ci tur

16:00. “İnter” – “Sumqayıt”
Hakimlər:
Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
“İnter Arena”

16:30. “Qəbələ” – “Neftçi”
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

19:00. “Zirə” – “Qarabağ”
Hakimlər:
Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
Zirə İdman Kompleksinin stadionu

30 aprel (şənbə)

AZAL – “Xəzər Lənkəran” — 1:0
Qol:
Nuqzar Kvirteya, 54 (1:0)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AZAL Arena

“Kəpəz” – “Rəvan” — 3:2
Qollar:
Julien Ebah, 10 (1:0), Ramazan Abbasov, 40-pen (1:1), Kənan Müslümov, 46-avtoqol (2:1), Tural Axundov, 60-pen (3:1), Elnur Abdulov, 89 (3:2)
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov
Gəncə şəhər stadionu

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər