“Qarabağ” bu gün qayıdır

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qarabağ” təlim-məşq toplanışını başa vurub.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün vətənə dönür.

Yanvarın 5-dən Antalyada hazırlıq keçən Qurban Qurbanovun komandası qonşu ölkədə 4 yoxlama oyunu keçirib. İlk sınağında   Almaniyanın regional liqa təmsilçisi «Rot-Vays»a 1:0, Macarıstanın «Dioşqyor» klubuna isə 4:0 hesabı ilə qalib gələn “atlılar” ötən gün  Polşanın “Jagelloniya” klubuna 0:1, Avstriya təmsilçisi “Admira Uaker”yə  3:4 hesabı ilə uduzub.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *