«Qarabağ» bombardirlər siyahısında da hegemon oldu

«Qarabağ” Azərbaycan Premyer Liqasının bombardirlər yarışında hegemonluğu ələ keçirib.

Cari çempionatın ən sərrast oyunçuları sıralamasında Ağdam klubunun təmsilçiləri artıb.

Bu, «Neftçi” ilə matçdan sonra baş verib. 8 qolla lider olan braziliyalı yarımmüdafiəçi Riçard Almeydanın ən yaxın izləyicisi komanda yoldaşı Dani Kintana olub. 29 yaşlı ispaniyalı yarımmüdafiəçi «Neftçi” ilə ev oyununda fərqlənməklə debüt etdiyi çempionatımızda 7-ci qolunu vurub. Dani qədər fərqlənən «Neftçi”nin hücumçusu Ruslan Qurbanov və «Zirə»nin forvardı Nelson Bonilyadır.

«Neftçi” ilə oyunda hesabı açan Samuel Armenteros isə 6-cı qolunu vurub və o da Almeydaya yaxınlaşıb. Beləliklə, «Qarabağ” bombardirlər siyahısının yuxarı pillələrində ən çox (3) təmsilçisi olan komandadır.

Dani bu mövsüm, elə «Neftçi” ilə ev oyununda istifadəyə verilən «Azərsun Arena”nın bombardiridir. İlk 2 qolunu səfər matçlarında vuran Kintana ardından 5 dəfə «Qarabağ”ın öz meydanında fərqlənib. Bu, «Kəpəz” (3:0), «İnter” (1:0), «Sumqayıt” (2:2), «Xəzər Lənkəran” (3:0) və «Neftçi” (2:0) ilə oyunlarda olub. Daninin daha çox paytaxt klublarının qapısına yol tapması (7 qoldan 4-ü), daha çox ikinci hissədə (7 qoldan 5-ni) fərqlənməsi də diqqət çəkir.

Qeyd edək ki, Dani Kintana ilə Samuel Armenteros vurduğu qollarla «Qarabağ”a cari mövsümdə «Neftçi” üzərində ilk qələbəni qazandırıblar — 2:0 (sportnet.az).

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *