«Qarabağ» bizdən qat-qat yaxşı komandadır»

“Gözlədiyimiz kimi çətin oyun oldu. “Qarabağ” ilk 15 dəqiqədə yaxşı oynadı və bizi təzyiq altında saxladı. “Qarabağ” həqiqətən yaxşı komandadı. Demək olar ki, yarımhəvəskar komanda olaraq peşəkarlara qarşı yaxşı mübarizə apardıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Düdelanj”ın baş məşqçisi Dino Topmöller Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:2) sonra deyib.

— Ötən gün bildirmişdiniz ki, Lüksemburq çempionu olaraq özümüzü sübut etməyə çalışacağıq. Gücünüz bu qədər idi?

— Futbolda pul hər şeyi həll eləmir. “Qarabağ” bizdən qat-qat yaxşı komandadı. Fikrimcə, biz yaxşı oynadıq. Başımızı dik tuta bilərik. Komandamdan razıyam. Cavab oyununda çətin də olsa, yaxşı mübarizə aparmağa çalışacağıq.

— 2:0 hesabı özünüz üçün normal nəticə hesab edirsinizmi?

— Futbolda istənilən nəticə qeydə alına bilər. Biz cavab matçında yaxşı çıxış etməyə çalışacağıq. Mərhələni keçə bilməsək, “Qarabağ”a uğurlar arzulayacağıq və yolumuza davam edəcəyik.

— Qollardan sonra “Qarabağ” irəli atılmadı. Bu, sizi təəccübləndirmədi?

— Hesab “Qarabağ”ı qane etdiyi üçün risk etmədilər. Rəqib qol vurmağa çalışdı, ancaq var gücüylə yox.

— Matçdan sonra futbolçuları yığanda onlara nə dediniz?

— Bu, komandadaxili bir şey idi. Açıqlaya bilmərəm.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *