«Qarabağ» bizə münasib rəqib deyil»

«Qarışıq duyğular içindəyəm. İmkanım olsaydı, başqa rəqib seçərdim. «Qarabağ» və «Düdelanj» arasındakı cavab görüşünü izləyəcəyik. Mən Azərbaycanla müqayisədə Lüksemburqa uçmağın tərəfdarıyam».

Qol.az-ın məlumatına görə, bu sözləri «Viktoriya»nın yarımmüdafiəçisi Milan Petrjela klubun rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri haqda danışan çexiyalı futbolçu iki il öncə «Qarabağ»la keçirdikləri yoxlama görüşünü xatırlayıb:

«İki il öncə Avstriyada «Qarabağ»la yoxlama oyunu keçirdiyimizi bilirəm. Həmin görüşdə uduzduq (1:3). «Qarabağ» bizə münasib rəqib deyil. Ancaq biz qarşıdakı oyunlara yaxşı hazırlaşacağıq və mərhələ adlamaq üçün maksimum səy göstərəcəyik».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *