«Qarabağ» Azərbaycanın reytinq xalını artırdı

«Qarabağ» UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun «F91 Düdelanj» klubu ilə səfər matçında 1:1 hesablı heç-heçə edərək Azərbaycanın UEFA reytinqindəki xalını zənginləşdirib. Ağdam təmsilçisi Azərbaycanın hesabına əlavə 0,125 xal yazdırıb.
Azərbaycanın UEFA reytinqində 15,125 xalı var. Bu göstəricisinə görə ölkəmiz 24-cü pillədə qərarlaşıb. Bizdən öndə Şotlandiya qərarlaşıb (15,925). Azərbaycanın ən yaxın izləyicisi Kiprdir (14.675).

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *