Qarabağ ardıcıl 3-cü mövsüm Avroliqanın qrup mərhələsində! (VIDEO)

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb.

Ağdam klubu Bakıda İsveç “Qöteborq”u ilə münasibətlərinə aydınlıq gətirib.

Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq ən azı iki top fərqi ilə qalib gəlməliydi. Ağdam təmsilçisi rəqibini 3 cavabsız qolla darmadağın edərək, ardıcıl üçüncü mövsüm Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanıb.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu

25 avqust

«Qarabağ» — «Qöteborq» — 3:0 (2:0)
Qollar: R.Sadıqov, 19 (1:0). M.Muarem, 26 (2:0). D.Kintana, 51 (3:0).
Sarı vərəqə: S.Eriksson, 9. M.Medvedev, 62. R.Sadıqov, 90+3.
İlk oyun — 0:1.
Hakimlər: Vladislav Bezborodov, Valeri Dançenko, Maksim Qavrilin, Kiril Levnikov (hamısı Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

«Qarabağ»: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo (17. Namiq Ələsgərov, 90), 10. Muarem Muarem (6. Dino Ndlovu, 83), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (15. Rahid Əmirquliyev, 88), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov.
«Qöteborq»: 1. Con Alvboqe, 2. Emil Salomonsson, 3. Skott Ceymison, 6. Sebastyan Eriksson (11. Martin Smedberq, 83), 7. Mads Albek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hyusen (13. Elias Omarsson, 72), 16. Mikael Boman (24. Tom Petterson, 72), 28. Tomas Ronye, 30. Matias Byarsmyur.
Ehtiyat oyunçular: 12. Pontus Dalberq, 14. Yallmar Yonsson, 18. Lauson Sabah, 27. Billi Nordström.
Baş məşqçi: Yorgen Lennartsson.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *