«Qarabağ» 3-2 «Neftçi» oyunu LİG TV-də (VİDEO)

Türkiyənin məşhur LİG TV kanalı «Qarabağ»ımız haqqında sujet hazırlayıb. Bugün adı çəkilən kanalda «Qarabağ»ın son turda «Neftçi» ilə oyununu haqqında məlumat verilib. «Qarabağ» — «Neftçi» oyununu Azərbaycan derbisi adlandıran xəbərdə başqanımız Tahir Gözəlin qələbə sonrası təsuratları yer alıb. Eyni zamanda «Qarabağ»ın vəkili Gurur Gaye Günalda Avroliqanın qrup mərhələsinin sonuncu turunda CAS-a müraciət etdiyini bildirib. Xatırladaq ki, «Qarabağ»ımız qrup mərhələsinin sonuncu oyununda qaydalar çərçivəsində vurulan qolu oyunun baş hakimi qeydə almamışdır və komandamız buna görə UEFA-ya şikayət etmişdir. UEFA tərəfindən şikayətimiz təmin olunmadlğından klubumuzun vəkili ən ali məhkəmə qurumu olan CAS-a müraciət edib.

Mənbə: http://www.ligtv.com.tr/haber/karabag-inter-maci-casta

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *