Qara Qarayev: Yenə qızıl dubl etmək istəyirik

«Qarabağ»ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində «İnter»ə qarşı keçirdikləri oyundan (2:0) sonra müsahibəsi.

— «İnter»ə qalib gəlməklə qızıl medallara və Çempionlar Liqasına daha da yaxınlaşdınız…
— Matça yaxşı hazırlaşmışdıq. Çətin oyun olacağını bilirdik. Oyun barədə xüsusu danışılası bir şey yoxdur. Komandamızı və baş məşqçi Qurban Qurbanovu qələbə münasibətilə tərik edirəm. Çünki o, bu qələbəmiz üçün çox iş gördü. Onun bizə inamı belə qələbə qazanmağımıza kömək etdi. «İnter»in heyətindəbir neçə futbolçu meydanda deyildi. Yəqin ki, onları bizimlə kubok matçlarına qoruyurdular.

— Siz çətin olduğunu deyirsiniz, amma əslində oyun sizin üçün asan keçdi…
— Xeyr, bizim üçün çətin oyun keçdi. Çünki meydanda çox çalışmalı olduq. «İnter» kimi klubu bağlamaq asan ola bilməz. Sadəcə, biz öz istədiklərimizi edə bildik. «İnter»in sıx oynadığını bilirdik. Amma belə rəqiblə görüşdə bu qədər qol vəziyyəti yarada bildiksə, deməli, komanda yoldaşlarımın oyunu xüsusi qeyd oluna bilər.

— Sizi növbəti çempionluqdan cəmi bir qələbə ayırır…
— Biz bu barədə düşünmək istəmirik. Hətta çempionluğu vaxtından öncə təmin etsək belə, yenə oyun sxemimizi, məşqlərimizi dəyişməməliyik. Bu tempi mövsümün sonuna qədər qorumaq lazımdır.

— Reynaldonun zədədən qayıdandan sonra ardıcıl qollar vurmasını necə şərh edərdiniz?
— Ona uğurlar arzulayıra. Zədə futbolçu üçün doğrudan da pis şeydir. Ümid edirəm ki, bundan sonra onda belə zədələr olmayacaq.

— Riçard Almeydanın meydanda olmamasını hiss edirsiniz?
— Əlbəttə. Axı o, komandamızda liderlərdən biridir. Amma onun yoxluğunda qələbə qana bildik.

— Bəs öz oyununuz barədə nə deyərdiniz?
— Məndən tələb olunanı edirəm. Məhsuldarlığım Qurban Qurbanovu narahat etsəydi, heyətə düşməzdim. Mən onun tələblərini yerinə yetirirəm. Görünür, o, razıdır.

— Kubokun yarımfinal mərhələsində də sizi «İnter»lə oyunlar gözləyir. Sizə elə gəlmir ki, həmin oyunlar çempionatdakı görüş kimi asan keçməyəcək?
— Bəli, həmin oyunlar bizim üçün ağır keçəcək. Bu, çempionatın ən çətin dövrüdür. «İnter»lə ardıcıl üç oyun keçirməliyik. Ümid edirəm ki, çempionatda qazandığımız uğurun davamını kubok görüşlərində də gətirə biləcəyik.

— «Qarabağ» ötən mövsüm olduğu kimi, yenə «qızıl dubl» edə biləcək?
— Ümid edirəm. Bu uğuru yenidən təkrarlamaq istəyirik. Bacarıb bacarmayacağımızı zaman göstərəcək.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər