Qara Qarayev: «Yaxşı komanda formalaşdıra bilərik»

«Komanda yoldaşlarımın iradəsi, baş məşqçinin göstərişi ilə qələbə qazana bildik. Çox sevincliyik və bu qalibiyyəti növbəti ilə də daşımalıyıq».

Qol.Az-ın «Report»a istinadən yaydığı xəbərə görə, bunu Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Moldova yığmasını 2:1 hesabı ilə yendikləri yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

23 yaşlı yarımmüdafiəçi millinin hazırkı heyəti barədə müsbət fikirdə olduğunu bildirib: «Bu heyət haqda xoş sözlər demək olar. Komandada istək varsa, hər şeyə nail ola bilərik. Bu komandada da istək var. Düşünürəm ki, gənc olmağımıza baxmayaraq, yaxşı komanda formalaşdıra bilərik».

Qarayev «DÇ-2018″in seçmə qrup mərhələsində Azərbaycan yığmasının şansları barədə danışmağın tez olduğunu da dilə gətirib: «Qrupumuzda dişimizə görə rəqib azdır. İndidən bu haqda nəsə demək boş vəddən başqa heç nə olmaz. Ən əsası, qalibiyyətləri sıralamaqdır. Bundan sonra nəticələr özü gələcək».

Qeyd edək ki, Azərbaycan millisi növbəti seçmə tsikldə Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə eyni qrupa düşüb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər